Homoseksuallar Paşinyanı məzuniyyətə göndərdi.
    • 26-11-2018, 15:05
    • 494

Homoseksuallar Paşinyanı məzuniyyətə göndərdi.

Ermənistan baş nazirinin vəzifələsini icra edən Nikol Paşinyan vəd edib ki, seçki kampaniyası zamanı inzibati resurslardan istifadə etməyəcək. Ancaq görünür ki, bir sıra səhvlərdən sonra (onun səhvlərinin ardı kəsilmir) baş nazirinin vəzifəsini icra edən öz mövqeyində məğlub olub (və bu da birinci dəfə deyil).

Ötən cümə günü Nikol Paşinyanın partiyasından olan nazirlərin əksəriyyəti seçkiqabağı kampaniyada iştirak imkanı əldə etmək üçün məzuniyyət götürüblər, axı onlar iş saatlarında “təşviqat apara bilməzlər”. 

Təşviqat kampaniyasının vaxtı isə məhduddur: noyabrın 26-dan dekabrın 7-dək...

N.Paşinyan noyabrın 23-də jurnalistlər ilə söhbətində deyib ki, seçkiqabağı kampaniyada iştirak etmək üçün məzuniyyət götürmək niyyətində deyil. Və birdən noyabrın 25-də o bəyan edir ki, seçkiqabağı kampaniyada iştirak etmək üçün, o da məzuniyyətə çıxmaq qərarına gəlib. 

Tamamilə aydındır ki, bütün bəhanələrə baxmayaraq, bu, elə inzibati resurslardan istifadə deməkdir və ən vacibi əvvəlcə məmurlar, indi isə baş nazir Ermənistan iqtisadiyyatının zərər verməklə seçki kampaniyasına daxil olur. 

Sual olunur: “Ölkəni kim idarə edir?” – bu, vacib deyil. Vacib olan Paşinyanın niyə görə bütün gücünü seçkilərə cəlb etməsinə qərar verməsidir.
Ermənistanın hazırkı hökumət başçısı öz gücünü küçələrdə, yürüş və mitinqlər keçirməklə sınamağa öyrəşib. Belə ki, noyabrın 24-də onun çağırışı ilə baş tutan yürüşə az nümayişçinin qatılması Paşinyanı özündən çıxarıb. 

Əlbəttə, inersiyaya görə, dekabrın 9-da Ermənistan Milli Məclisinə keçiriləcək seçkilərdə onun bloku qələbə qazanacaq, ancaq bu qələbə heç də şərtsiz olmayacaq. Populyarlığın bu qədər tez düşməsinə səbəb isə sadədir. 

Nikol Paşinyan dəfələrlə deyib ki, Ermənistan cəmiyyəti ənənəvidir. Ailə və nikah mövzuları ermənilər üçün müqəddəsdir, N.Paşinyan hər gün Tanrıya dua edir və İncili oxuyur (bu da onun çıxışındandır). 

15-18 noyabr tarixlərində Yerevanda planlaşdırılan gey-parad ümumi mənzərəni korlaya bilərdi. Yerevanda uzun sürən etirazlardan sonra hökumət bu biabırçılığın olmayacağını açıqlandı. Gey-parad həqiqətən də olmadı, ancaq gəlmə və yerli gey-fəallar toplaşdılar, bayraqlarını yellədilər və dağılışdılar (yerli sakinlər bu aksiyanı görmədi). 

Bir sıra deputatın Ermənistanda eynicinslilərin nikahının qadağan olunması ilə bağlı təşəbbüsünün baş tutmaması elektoratın diqqətindən yayınmayıb. Bunun səbəbi isə çox qəribə idi – Ermənistan qanunlarında nikah qadın və kişi arasındakı birliyə deyilir, buna görə də əlavə şərhə ehtiyac duyulmur. Ancaq eynicinslilərin nikahı da qadağan edilməyib. 

Buna görə də ictimai etirazlar fonunda bu açıqlamanı belə qəbul etmək olardı ki, qadağan deyilsə, demək icazə var. Ancaq Nikol Paşinyanın başqa çıxış yolu yox idi, çünki o, Qərb demokratiyasının tərəfdarıdır və cinsi azlıqlara qarşı çıxış etməməlidir. Bu səbəbdən də erməni baş nazir qaçmağa çalışdı. 

“Nikol Paşinyan LQBT ilə bağlı danışarkən deyib ki, bir sualın cavabı yoxdur: 
“Əgər bir nəfər Ermənistan vətəndaşı cinsi azlığın nümayəndəsi olduğunu bildirsə, onunla nə etmək lazımdır? Öldürmək, şaqqalamaq?”, - N.Paşinyanın fikirlərini şərh edərkən Ermənistan Respublika partiyasının üzvü, müdafiə nazirinin sabiq müavini Artak Zakaryan bildirib. 
“LQBT-nin təbliğinə qarşı çıxış edən siyasi və ictimai qüvvələrin fikirlərinə nəzər yetirən baş nazir vəzifələsini icra edən Paşinyan yəqin ki, bu problemin həllinin olmadığını və hökumətin LQBT-yə yol açmalı olduğunu nəzərdə tutur”, - Zakaryan deyib. 

“Cənab Paşinyan, bu vəziyyətdə keçmiş həmkarınız kimi sizə müraciət etmək istəyirəm. Hörmətli Nikol, nə etməli olduğunuzu deyim: gələcəkdə seçkiqabağı kampaniyalar zamanı sizə dəstəkləməyə gələn xalqdan birbaşa soruşun!

Bəli, məhz onlardan...  Siz xalqın etimadını qazanmısız, deməli, insanlarımızdan soruşun ki, LQBT təşkilatının nümayəndələri ilə nə etmək lazımdır. Əmin olun ki, insanlar sizə dəqiq cavab verəcəklər. Nə desələr, onu edin, inanın ki, bu məsələdə ən müdrik xalqdır. 

Əgər desəniz ki, belə olmaz, onda necə olur ki, siz Ermənistanın siyasi elitası üçün həyati vacib məsələ sayılan Qarabağ münaqişəsinin mitinqlərdə (avqustun 17-də keçirilən mitinqdə demişdiz) müzakirə edilməli olduğunu açıqlayırsız, ancaq buna olmaz deyirsiniz?”, - Zakaryan əlavə edib. 
Bundan sonra, rusiyalı jurnalist Sergey Dorenko öz işini gördü və Ermənistan baş nazirinə Parisdə kofe verən erməni oğlana diqqət yetirdi (söhbət “gey olan erməni oğlanın təsirli həyat hekayəsindən” gedir). 

C.Dorenkonun fikrincə, Paşinyan ikili mövqe göstərməklə homoseksualizmə anlaşılmaz şərh verib. 
Ənənəvi cəmiyyət isə bu tipli şərhləri sevmir. Ancaq N.Paşinyan Ermənistandakı LQBT təşkilatına qarşı və ya ona tərəf birmənalı cavab verə bilməzdi. Əgər qarşı olsaydı, Qərb bunu qəbul etməzdi. Əgər buna tərəf olsa, vətəndaşlar qəbul etməyəcək. Nəticədə isə heç kim bunu başa düşmədi. 

S.Dorenko da buna diqqət yetirdi. Bundan sonra Ermənistanın Moskvadakı səfirliyi qəzəbli reaksiyası gəldi, ancaq erməni diplomatlarının baş nazirinin müdafiəsi üçün verdiyi bəyanatlar ümumi razılıq vermədi. 

“Kafkazskiy uzel”in yaydığı məlumata görə, bir çox şərhçilər erməni diplomatların öz işləri ilə məşğul olmadıqları qənaətinə gəldilər.
 
“Bunun əvəzinə vətəndaşların illərdir gözlədiyi sualın cavabını verin!”, - Qaqik Davtyan bildirib. 

“Normal demokratik cəmiyyətdə (jurnalistin dedikləri) məhəl qoymayardı, ancaq hamı başa düşür ki, siyasətçilərin və liderlərin ünvanına təhqirlər qaçılmazdır. 

Ən yaxşısı, ciddi hökumətin ciddi bəyanatlarına reaksiya göstərin!”, - səfirliyin bəyanatını şərh edən Ani Aqaqulyan deyib. 
Bax, buna görə də N.Paşinyan son yürüşdə kifayət qədər nümayişçi yığa bilmədi və seçki kampaniyası ilə məşğul olmaq üçün məzuniyyətə çıxdı. Gey və lezbiyanlar N.Paşinyan üçün baş ağrısı olub. Axı bu Ermənistanın hələ ən böyük problemi deyil...

//Oxu.az