Bakıda qadın özünü binadan ataraq öldürdü
    • 10-12-2021, 12:41
    • 408

Bakıda qadın özünü binadan ataraq öldürdü

Bakıda qadın hündürmərtəbəli yaşayış binasından özünü atıb.

News24.az xəbər verir ki, hadisə bir neçə dəqiqə öncə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Akkord” MTK-ya məxsus yaşayış kompleksində baş verib.

Orta yaşlı qadın özünü kompleksin 5-ci binasından ataraq intihar edib. Qadının şəxsiyyəti hazırda məlum olmasa da, hadisə şahidləri onun binada yaşayan sakin olduğunu bildiriblər.

Meyit ərazidən götürülüb, faktla bağlı araşdırma aparılır. /Qafqazinfo.az/