-
- 10-12-2021, 12:45
- 1 268
Azərbaycanda 13 yaşlı qız ailə qurdu, toyu oldu, hamilə qaldı - ŞOK FAKTLAR
Xızı rayonunda yetkinlik yaşına çatmayan qızın ailə həyatı qurması, hamilə qalması faktı ilə bağlı cinayət işi açılıb.
News24.az-ın məlumatına görə, rayonun Giləzi kənd sakini, 1986-cı il təvəllüdlü Elşad Seyidovun 2019-cu ildə rayonun digər kəndindən olan 13 yaşlı, 2 yanvar 2006-cı il təvəllüdlü Aysu Nağıyeva (ad və soyad şərtidir) ilə evlənməsi, həmin vaxt el adəti ilə elçilik, nişan və toy mərasiminin keçirilməsi, azyaşlı qızı evinə gəlin kimi apararaq onunla ər-arvad kimi yaşaması faktı ilə bağlı Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.
Faktın üstü qızın bu ilin mart ayında, yəni Aysunun 15 yaşı olarkən hamilə qalması və xəstəxanaya müraciət etməsindən sonra açılıb. Məlum olub ki, onun bakirəliyi hələ 2 il əvvəldən pozulub və bu barədə polisə məlumat verilib.
Araşdırmalar zamanı fakt təsdiqini tapıb və yetkinlik yaşına çatmayan qızın ailə qurması, lakin rəsmi nikaha daxil olmaması, geridə qalan 2 il ərzində
hamilə qalmamaq üçün müxtəlif vasitələrdən istifadə etdiyi məlum olub.
Azyaşlı qızla ailə həyatı quran Elşad dekabrın 8-də məhkəmənin hökmü ilə həbs edilib və 3 il müddətinə azadlıqdan məhrum edilib.