Pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanıldı
    • 11-12-2021, 13:20
    • 313

Pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanıldı

Göygöl Rayon Polis Şöbəsinə dekabrın 9-da Quşqara kəndi ərazisində 3 nəfərin Kəlbəcər rayon sakini F.Həsənovun 1900 manat pulunu soyğunçuluq yolu ilə talaması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri K.Əliyev, E.Mahmudov və H.Tağızadə müəyyən edilərək saxlanılıblar.