Yasamalda qadın soyuldu, Xətaidə məsciddən 1000 manatlıq oğurluq edildi
    • 6-07-2021, 12:12
    • 552

Yasamalda qadın soyuldu, Xətaidə məsciddən 1000 manatlıq oğurluq edildi

Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə iyulun 2-də Bakı şəhər sakini S.Yolçuyevanın içərisində 340 manat, 10 avro, 100 ABŞ dolları, sənəd və təqaüd kartı olan pulqabısının soyğunçuluq yolu talanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Əliyev müəyyən edilərək saxlanılıb. 

Həmçinin Xətai RPİ-nin 35-ci Polis Bölməsinə G.Mehmandarov küçəsində yerləşən məsciddən 1000 manat dəyərində 2 ədəd su mühərrikinin oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Məmmədov saxlanılıb. 

Araşdırma aparılır.