-
- 11-12-2021, 14:14
- 506
Hacı Qalib 32-ci dəfə Həccə getdi
“Mən ziyarətə getməyə bilmərəm. Çünki hər il Allahdan xahiş edib yalvarıram ki, mənə növbəti il də gəlmək üçün imkan versin, iki rükət ziyarət namazı qılım”.
News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sabiq deputat Hacı Qalib Salahzadə 32-ci dəfə Həcc ziyarətinə getməsi ilə bağlı sosial şəbəkələrdə gedən müzakirələrə münasibət bildirərkən deyib.
O qeyd edib ki, ziyarətini iki gün əvvəl başa vuraraq ölkəyə qayıdıb: “Hər il getdiyim ziyarətdir. Bu il də çox yaxşı keçdi. Allahın izn verdiyi, canımın sağ olduğu müddətdə yenə də ziyarətə gedəcəyəm. Mən ziyarətə getməyə bilmərəm. Allah icazə verdiyi üçün mən gedirəm. Bu imkana bağlı olan məsələ deyil. Elə imkanlı adam ola bilər ki, getmək istəyər, ancaq başına hansısa hadisə gələr, bu istəyi reallaşmaz.
Hər dəfə gedəndə də tək getmirəm. Getmək istəyən dostlarımı da özümlə aparıram, onların da xərcini çəkirəm. Onlarla söhbətləşirik. Qoy deməsinlər ki, sən getdin, bizi isə aparmadın. Çəkdiyim xərci isə açıqlaya bilmərəm”.
Q. Salahzadə qeyd edib ki, bu dəfə Səudiyyədə onları başqa cür qarşılayıblar: “Polislər də gəlib bizimlə şəkil çəkdirdi, halbuki bu məsələ orada qadağan olunub. 44 günlük müharibədə qalibiyyətimizə görə belə edirdilər”.
Salahzadənin sözlərinə görə, o, 1990-cı ildən bəri Həcc ziyarətinə gedir. İki dəfə Məkkənin içərisində olduğunu deyən sabiq deputat bu dəfə Ümrəni ziyarət etdiyini bildirib. O, qeyd edib ki, bu, kiçik Həcc ziyarəti sayılır.