-
- 11-12-2021, 14:43
- 912
Bakıda oğlunun ölümünə dözməyən anadan DƏHŞƏTLİ ADDIM – 20-ci mərtəbəyə çıxdı və...
Ötən gün Bakı şəhər Sabunçu rayonu Bakıxanov qəsəbəsində - dəmiryolu stansiyasının yaxınlığında yerləşən və çoxmərtəbəli binalardan ibarət yaşayış massivində yaşlı qadının özünü ataraq intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.
News24.az-ın əməkdaşı hadisənin baş verdiyi Y.Əliyev küçəsindəki binada olub. Məlum olub ki, intihar edən 70 yaşlı Məmmədova Rəna Lətif qızı həmin binanın 3-cü mərtəbəsində yaşayıb.
Yaxınlarının bildirdiyinə görə, R.Məmmədovanın oğlu Natiq Səfərov ötən il ünyasını dəyişib. Bundan sonra qadın dərin ruh düşkünlüyü yaşayıb və ondakı psixi pozuntular dərinləşib.
Dünən səhər saatlarında qadın oyanaraq yataq xəstəsi olan ərinə və psixi xəstəlikdən əziyyət çəkən qızına yemək verib və daha sonra onların yatmasını gözləyib. Saat 11:30 radələrində ailə üzvlərinin yuxuya getdiyini görən qadın evi tərk edib və binanın sonuncu – 20-ci mərtəbəsinə qalxıb. Burada dəhlizin pəncərəsinə çıxan R.Məmmədova özünü yerə atıb.
O, hadisə yerindəcə vəfat edib.
Yaxınlarının dediyinə görə, R.Məmmədovanın özündə də psixi xəstəliyin əlamətləri olub və oğlunun ölümündən sonr aonda emasional ruh düşkünlüyü daha da artıb.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.