Çempionlar Liqası: 1/8 final mərhələsinin püşkü yenidən atıldı
    • 13-12-2021, 18:24
    • 699

Çempionlar Liqası: 1/8 final mərhələsinin püşkü yenidən atıldı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi texniki səhv səbəbindən təkrarlanıb.

News24.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilmiş tədbirdə bu raundun cütlükləri müəyyənləşib.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi

"Zaltsburq" (Avstriya) - "Bavariya" (Almaniya)

"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə)

"Benfika" (Portuqaliya) - "Ayaks" (Niderland)

"Çelsi" (İngiltərə) - "Lill" (Fransa)

"Atletiko" (Madrid, İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

"Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya)

"İnter" (İtaliya) - "Liverpul" (İngiltərə)

PSJ (Fransa) - "Real Madrid" (İspaniya)

Qeyd edək ki, 1/8 finalın ilk görüşləri 2022-ci il 15 - 16 və 22 - 23 fevralda, cavab qarşılaşmaları 8 - 9 və 15 - 16 martda oynanılacaq. Bütün oyunlar Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. /Report.az/