-
- 14-12-2021, 15:37
- 374
Səfər Mehdiyevlə bağlı böyük qalmaqal: Eynulla Fətullayev və DGK açıqlama yaydı
“Bir neçə gün bundan öncə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə səsləndirilən bəzi fikirlər sosial şəbəkə istifadəçiləri tərəfindən kontekstdən çıxarılmaqda, yanlış şərhlərlə fərqi məcralara yönləndirilməkdədir”.
News24.az xəbər verir ki, bu açıqlama ilə Dövlət Gömrük Komitəsinin mətbuat xidməti çıxış edib. Açıqlamada bildirilir:
“Bu müsahibədən bir hissəni xüsusi qabardan bəzi saytlar və “sosial şəbəkə qəhramanları” reytinq xatirinə Milli Məclisin bütün deputatlarını hədəf alır, hətta bəziləri daha irəli gedərək ölkənin ali qanunverici orqanının ünvanına əsassız şər və böhtan xarakterli fikirlər səsləndirirək manipulyasiya edirlər.
Belə ki, açıqlamada Nazirlər Kabinetinin 305 saylı qərarına ötən ilin avqust ayında edilən dəyişikliklərin iqtisadi əsasları izah olunur, bu qərarın faydalarından, dəyişikliklərə qarşı bir neçə millət vəkilinin haqsız tənqidlərdən bəhs edilir və artıq bu günün real mənzərəsində keçmişdə qalan bu kimi məsələlərin həll olunduğu vurğulanır.
Onu da qeyd edək ki, aradan keçən müddət ərzində cəmiyyətin bütün təbəqələri dəyişikliklərin zəruriliyi, faydaları barədə ətraflı məlumatlandırılıb və sui-istifadə halları aradan qaldırılaraq elektron ticarətin qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi təmin edilib. Dövlət Gömrük Komitəsi daima Milli Məclisin deputatlarının gömrük orqanlarının fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərə hörmətlə yanaşır, verilən təklifləri dəyərləndirir, haqlı iradları qəbul edir”.
Qeyd edək ki, məsələ ilə bağlı haqqin.az saytının rəhbəri Eynulla Fətullayev də çıxış edib. O, deyib: “İnanmıram ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Milli Məclisin spikeri Sahibə Qafarovaya mənə verdiyi müsahibə zamanı bəzi deputatların qanunsuz biznes fəaliyyəti ilə məşğul olduğu barədə tənqidi fikirlər işlətmədiyini desin. Çünki cənab S.Mehdiyevin icazəsi ilə mən söhbətimizin audioyazısını aparmışam. Bundan əlavə, S.Mehdiyev dedi ki, bu tənqidləri üstəlik baş nazir Əli Əsədovun iştirakı ilə Milli Məclisin iclası zamanı da səsləndirmək və deputatlara cavab vermək istəyib. Amma reqlament buna imkan verməyib. Əgər Milli Məclisin sədrinə maraqlıdırsa mən Səfər Mehdiyevlə söhbətimizin audioyazısını ona təqdim etməyə hazıram”.
Xatırladaq ki, S. Mehdiyevin qalmaqala səbəb olan fikirləri “Hətta Milli Məclisin bəzi deputatları da limitin azaldılmasının əleyhinə çıxırdılar…” sualına cavabı olub:
“ Sizə səbəbi izah edim. Çünki Milli Məclisin bəzi deputatları bu qanunsuz biznesdə iştirak edirdilər. Və qərar onların maraqlarına toxunurdu. Ölkəyə hər şeydən xəbərsiz vətəndaşın adına elektrik texnikası daxil olurdu, sonra mağazaların piştaxtalarından elə həmin vətəndaşlara kredit xətti ilə satılırdı. Həmin deputatların parlamentdəki emosional çıxışlarından sonra xeyli təəccübləndim və məyus oldum. Əsl səbəbi anlaya bilmirdim. Ancaq bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər? Öz maraqlarını qoruyurdular.
Hər bir vətəndaş özü ilə 800 dollar gətirə və 300 dollar məbləğində poçt alınmaları edə bilər. Manat ekvivalentində bu, təqribən 2 min manatdır. Doğrudanmı vətəndaş hər ay 2 min manatlıq elektron alış-veriş edir? Əlbəttə, yox. Azərbaycanda minimal və orta əmək haqqını nəzərə alaraq ədalətli hədd müəyyənləşdirilib.