-
- 23-07-2019, 16:45
- 1 288
Səfər Mehdiyev Koreya Respublikasının ölkəmizdəki səfiri ilə GÖRÜŞDÜ
İyulun 23-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Opun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-averilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanla Koreya arasında mövcud əlaqələrdən söhbət açıb, əməkdaşlıq münasibətlərinin müxtəlif sferalarda, o cümlədən, gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Komitə sədri son illərdə Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, gömrük sistemində də aparılan islahatlardan danışaraq tədbiq edilən yeniliklərin gömrük işinin səmərəliliyinin artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirilməsi, şəffaflığın təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
S. Mehdiyev Azərbaycan gömrük sahəsində koreyalı həmkarları ilə birgə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu, eləcə də informasiya texnologiyalarının tətbiqi, kadr potensialının gücləndirilməsi və digər sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.
Səmimi görüşə görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə təşəkkür edən Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op iki ölkə arasında əməkdaşlığın, o cümlədən, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi yerinin olduğunu və gömrük sisteminin bu sahədə körpü rolunu oynadığını söyləyib.
Səfir Kim Tonq Op Azərbaycan gömrük xidmət ilə əməkdaşlıqdan razılığını və qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.