Yardımlıda uşaq bağçasında yanğın
    • 14-12-2021, 17:43
    • 323

Yardımlıda uşaq bağçasında yanğın

Yardımlıda uşağ bağçasında yanğın olub.

News24.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, rayonunun Çay Üzü kəndində ümumi sahəsi 200 m² olan uşaq bağçasının yerləşdiyi birmərtəbəli binanın mətbəxində lambirindən ibarət tavan 4 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.