"Özünü aqressiv aparan şagird tədrisinə davam edir və psixoloq dəstəyi alır"
    • 15-12-2021, 12:42
    • 384

"Özünü aqressiv aparan şagird tədrisinə davam edir və psixoloq dəstəyi alır"

"Suraxanı rayonu 282 nömrəli məktəbdə özünü aqressiv aparan şagird tədrisinə davam edir və psixoloq dəstəyi alır".

News24.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib.

BŞTİ müdiri bildirib ki, cəmiyyət belə insanlara qarşı həssas olmalıdır: "Əlbəttə ki, həmin şagirdin psixologiyasında problem var. Amma onun üzərinə gedib, ittiham etməyimiz düzgün yanaşma deyil. 

M.Vəliyeva qeyd edib ki, eyni hal hazırda başqa məktəbdə də özünü büruzə verib: "Valideynlər ayağa qalxıb, şikayət edirlər. Bu yaxşı hal deyil. Biz cəmiyyət olaraq onları qəbul etməli, inkişafları istiqamətində əlimizdən gələni etməliyik. Şagirdlərin müəyyən məhdudiyyətləri varsa, bu məhdudiyyətlərin aradan qaldırılması istiqamətində işlər görməliyik".

Qeyd edək ki, Suraxanı rayonu 282 nömrəli tam orta məktəbin 7ç sinif şagirdi tədris prosesi zamanı özünü çox aqressiv aparıb, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edib. O, sinif yoldaşlarına tədris prosesi zamanı müxtəlif xəsarətlər yetirib, nizam-intizam qaydalarına riayət etməyib və dərs prosesini pozub.