-
- 15-12-2021, 14:52
- 407
Brüssel görüşündə Azərbaycanın haqlı mövqeyi təsdiqləndi - ŞƏRH
Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin iştirakı ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüş, qənaətimə görə, rəsmi İrəvanın həm 10 noyabr 2020-ci il, həm 11 yanvar 2021-ci il bəyanatlarında, həm də bu il noyabrın 26-da Soçidə imzalanmış sənəddə yer alan müddəalarla bağlı öhdəliklərinə əməl etməkdən başqa alternativinin olmadığını bir daha təsdiqləyir”.
Bunu News24.az saytına açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirib.
O qeyd edib ki, Avropa İttifaqı Prezidentinin üçtərəfli görüşün nəticələri ilə bağlı yaydığı bəyanatda ATƏT-in Minsk Qrupu formatına istinad edilməməsi, Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin ikitərəfli qaydada aparılmasının vacibliyinin vurğulanması, İrəvanın dövlət sərhədlərinin dəqiqləşdirilməsi ilə bağlı bütün manipulyativ davranışlarına, həmçinin prosesə üçüncü tərəfləri bərabərhüquqlu iştirakçı kimi cəlb etmək təşəbbüslərinə son qoyur: “Məlum olduğu kimi, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Soçidə imzalanmış sənəddə yer alan məqamlar Brüssel görüşündə də daha dəqiq və aydın şəkildə ifadə olunub, işçi qrupunun yaradılması və işə başlaması ilə bağlı razılaşma əldə edilib, Avropa İttifaqı da bu prosesdə Rusiya kimi məşvərətçi-məsləhətçi statusunda iştirak edəcək”.
Politoloqun fikrincə, bəyanatda ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusunun daxil edilməsi, onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyinin qeyd olunması da çox mühüm məqamlardan biridir: “Bu yanaşma, Birinci Qarabağ müharibəsində Ermənistanın törətdiyi cinayətlərin, o cümlədən mülki şəxsləri girov götürməsinin etirafı kimi də qiymətləndirilə bilər”.
E.Mirzəbəyli onu da qeyd edib ki, Avropa İttifaqının Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafını dəstəkləməsi, həmçinin birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təşəbbüsü ilə çıxış etməsi də bölgədə davamlı sülhün əldə edilməsi baxımından əhəmiyyətə malikdir: “Ən önəmli məqamlardan biri də, regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə olunması, İttifaqın hətta iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyini bəyan etməsidir.
Bu isə şübhəsiz ki, eyni zamanda Avropa İttifaqının Zəngəzur dəhlizinin reallaşmasına dəstəyi, həmçinin investorlara infrastruktur layihələrinin həyata keçirilməsində içtiraka çağırış kimi də qəbul oluna bilər.
Görüş və görüşün nəticəsi olaraq, yayılan bəyanat Azərbaycanın haqlı mövqeyinin ən müxtəlif müstəvilərdə təsdiqləndiyini nümayiş etdirir və təbii ki, Ermənistanın qütblərararası manipulyasiya cəhdlərinin heç bir nəticə vermədiyini nümayiş etdirir”.
Siyasət şöbəsi