Brüssel görüşündən NƏ QAZANDIQ? - AÇIQLAMA - YENİLƏNDİ - VİDEO
    • 15-12-2021, 20:55
    • 898

Brüssel görüşündən NƏ QAZANDIQ? - AÇIQLAMA - YENİLƏNDİ - VİDEO

“Azərbaycan cəmiyyətində süni şəkildə belə bir ajiotaj yaranmışdı ki, sanki Soçi görüşündən sonra Brüsseldə daha fərqli bir atmosfer olacaq. Bundan əlavə gözlənilirdi ki, Azərbaycana qarşı daha böyük təzyiqlər yaranacaq. Ancaq onlar bir şeyi nəzərə almırdılar ki, Azərbaycan qalib dövlət kimi məqsədyönlü, diplomatik strategiyasını çoxdan müəyyən edib”. 

Bunu News24.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Deputat bildirib ki, Brüssel görüşünə qədər əsas məsələlər bilavasitə Soçi görüşündə həll olmuşdu: “Daha əvvəl isə üçtərəfli bəyanatın imzalanması onu göstərir ki, artıq məsələlər mahiyyətcə yekunlaşıb. Sadəcə detalların həll olunmasına ehtiyac var idi. Soçi görüşündə də bu məsələ açıqlandı. Rusiya prezidenti qeyd etdi ki, avtomobil və dəmir yolunun açılması razılaşdırılıb. Brüssel görüşündə də Paşinyan dəmir yolu ilə bağlı razılığını açıqladı. Avtomobil yolunun maşrutu ilə bağlı mübahisə var. Ancaq bu məsələ də həllini tapacaq, çünki artıq qərar var. Görüşdə aydın oldu ki, NATO-nun Azərbaycanla münasibətləri pozmaq fikri yoxdur. Həmçinin NATO tərəfindən münaqişənin tənzimlənməsi və ya statusla bağlı Azərbaycana bir fikir səslənmədi. Artıq NATO da Azərbaycanın haqlı mövqeyi qarşısında obyektiv görünməyə çalışır.

Görüşdə bu ilin sonuna qədər delimitasiyanın daha sonra demarkasiya prosesinin reallaşdırılacağı bildirildi. Brüssel görüşündən çıxan nəticə odur ki, Azərbaycanın maraqlarından bircə addım belə olsun geri çəkilməyə fikri yoxdur”. 

Siyasət şöbəsi