-
- 16-12-2021, 14:49
- 826
Bakıda tıxaclar NİYƏ ÇOXALIB? – Ekspert DETALLARI AÇIQLADI
Son zamanlar paytaxt yollarında saatlarla çəkən tıxaclar istər sürücüləri, istərsə də sərnişinləri təngə gətirib. Bakı küçələrində bəzən pik olmayan saatlarda belə tıxaclara şahid oluruq.
Bəs, bu tıxacların səbəbləri və çıxış yolları nədir?
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev News24.az-a açıqlamasında problemin çoxşaxəli olduğunu deyib: “İnfrastruktur əsas səbəb olmasa da, tıxacların yaranmasında müəyyən paya malikdir. Yeni yollar salmaqla infrastrukturu daha da təkmilləşdirmək olar. Yollar, körpülər 25 il sonrakı proqnoza görə tikilir. Yolların parametrləri də 25 il sonraya hesablanır. Bizim bəzi körpülərimizdə bu parametrlər nəzərə alınıb. Elə körpülərimiz var ki, genişdir. Aeroport yolunu vurğulaya bilərik. Burada 6-8 cərgə var. Ayna Sultanova, “Karl Marks” körpülərində isə iki gediş-gəliş nəzərdə tutulub. Bu iki gediş-gəliş onsuz da indinin tələbatıdır. 25 ilə həmin körpülərdəki intensivliyə heç 6 cərgə də dözməyəcək”.
Y.Mustafayev sürücülərin də tıxacların yaranmasında səbəbkar olduğunu bildirib: “Məsələyə ümumi prizmadan yanaşsaq, sürücülərin davranış mədəniyyətini qeyd etməliyik. Məsələn, məktəblərin önündə avtomobilini saxlayan şəxslərin infrastrukturla əlaqəsi yoxdur. Bu məqamda təfəkkür rol oynayır. Sürücü düşünməlidir ki, avtomobilini orada saxlamaqla başqalarına maneə törədir. Bu məsələnin həlli üçün çox da baş yormaq lazım deyil. BNA-nın əməkdaşları məktəblərin qabağında monitorinq keçirə bilərlər. Onlar avtomobillərin fotolarını çəksələr və sürücülər 1-2 dəfə cərimə olunsa, artıq eyni səhvi təkrarlamayacaqlar”.
Ekspert daha sonra avtomobillərin sayından söz açıb: “Bəzi ailələrin bir yox, bir neçə dənə avtomobili var. Ölkəmizdə avtomobillərin sayı artmaqdadır. Təbii ki, bu nüans da tıxacların yaranmasında təsirsiz ötüşmür”.
O, mütəxəssislərin təkliflərinə etinadsız yanaşıldığını deyib: “Bəzi qurumlar bizin təkliflərimizi icra etməyi özlərinə sığışdırmırlar. Bu yanaşma doğru deyil. Qurumlar ekspertlərin rəyini dinləməli və nəzərə almalıdır. Yollarda vəziyyət artıq dözülməz formaya keçir. Əvvəllər pik saatlarda tıxaclar olurdusa, indi bu saatlar artmaqdadır. Problemlər kompleks şəklində həlll olunmalıdır.
Biz tez adaptasiya olan xalqıq. Məsələn, təhlükəsizlik kəməri ilə bağlı icraedici orqanlar müəyyən addımlar atdıqdan sonra artıq çox insan kəmər taxmağa başladı. Cərimə tətbiqi burada mühüm rol oynadı. Məsələlərin həllini aktiv şəkildə reallaşdırmaq lazımdır”.