Bakıda daha bir BİABIRÇILIQ – 14 yaşlı qız atasından hamilə qaldı, əməliyyat edildi
    • 17-12-2021, 15:18
    • 2 094

Bakıda daha bir BİABIRÇILIQ – 14 yaşlı qız atasından hamilə qaldı, əməliyyat edildi

Dekabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Zərdab rayon sakini, Meyvəli Ticarət Mərkəzində çalışan, 1984-cü il təvəllüdlü Elmar Qurbanov barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri – 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə açılmış iş üzrə qapalı məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, məhkəmədə bildirilib ki, E.Qurbanov 2020-ci ilin avqust ayında yetkinlik yaşına çatmayan qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib və bu ilin fevralında 2007-ci il təvəllüdlü Ayanın 18 aylıq hamilə olduğu məlum olub. Qız dərhal əməliyyat edilib və bətnindəki döl xaric edilib.

Məhkəmədə təqsirləndirilən Elmar Qurbanov qızına qarşı heç vaxt pis hərəkət etmədiyini, belə bir hadisənin baş vermədiyini deyib: 

“Özümü ittiham üzrə təqsirli bilmirəm. Zərərçəkmiş şəxs doğma qızımdır. İki övladım var, 13 yaşlı Ayan və 11 yaşlı oğlum Elgün (adlar şərtidir - R). Ailəmlə birlikdə, yəni arvadım, qızım və oğlumla birlikdə Bakı şəhəri, Xətai rayonu, 5-ci Rezervuar küçəsindəki evdə kirayə yaşayıram. Şəraitsizlikdən gecələr yerdən yorğan-döşək salaraq dördümüz də yan-yana yatırdıq. 2021-ci ilin yanvar ayının sonlarında qızım Ayan mənə və anasına bədənindəki ağrılardan şikayətlənirdi, lakin onun soyuqdəyməsi olduğunu düşünüb həmin vaxt reaksiya vermirdik. Lakin bu ilin fevral ayında yoldaşım qızın ağrılarının çoxaldığı üçün poliklinikaya həkimə apardı. Həmin gün günorta saat 12 radələrində qızımla yoldaşım evə gəldi, qızın analizlər verdiyini, mənə narahat olmamağımı bildirdilər. Daha sonra yoldaşım sənədin yaddan çıxıb həkimdə qaldığını deyərək sənədi götürmək üçün Aanla birgə yenidən poliklinikaya getdi. Bir neçə saatdan sonra zəng edərək yenidən vəziyyətlə maraqlandım. Yoldaşım hələ həkimdə olduqlarını və bir neçə analiz cavabının çıxmasını gözlədiklərini dedi. Bir neçə saatdan sonra yenə də yoldaşıma zəng etdim. Lakin yoldaşım bu dəfə zəngə cavab vermədi. Bundan sonra qaynıma zəng etdim, o, mənə yoldaşımgilin yanında olduğunu və narahat olmamağımı dedi. Bir neçə saatdan sonra isə böyük qaynım mənə zəng edərək yoldaşımın xəstəxanada baş vermiş problemlə əlaqədar Xətai RPİ-nin 34-cü Polis Şöbəsində olduğunu dedi. Bir neçə dəqiqədən sonra isə mənə Xətai RPİ-nin 34-cü Polis Şöbəsindən zəng edib ora dəvət etdilər. Şöbəyə gələnə qədər nə baş verdiyini bilməmişəm. Lakin şöbədə olarkən mənə qızımın hamilə olduğunu, azyaşlı olduğu üçün də polisə məlumat verildiyini bildirdilər. Baş vermiş hadisə ilə əlaqədar Xətai RPİ-yə gəlib bu barədə izahat yazdım. Ailə üzvlərimdən qızım və yoldaşım da bu barədə izahat yazdıqdan sonra ailəmi də götürüb evə getdim. İş üzrə təyin edilmiş məhkəmə-genetik ekspertizasının rəyi ilə razı deyiləm. Qızıa qarşı heç bir əxlaqsız hərəkət etməmişəm. Ayan doğma qızımdır, ona qarşı belə hərəkət etməyim ağlagələn deyil, övladımın bədbəxt olmasını heç vaxt istəməzdimr. Bununla yanaşı qızımın necə və kimdən hamilə olması mənə də qaranlıqdır”.

Məhkəmədə ifadə verən, hazırda 9-cu sinifdə oxuyan Ayan Qurbanova atasının ona heç bir əxlaqsız hərəkət etmədiyini, bəzən 11 yaşlı qardaşı ilə evdə oynadıqlarını, qucaqlaşdıqlarını deyib.

Təqsirləndirilən şəxsin həyat yoldaşı, hamilə qalmış qızın anası da ərinin belə bir hərəkət etmədiyini, ondan şikayətçi olmadığını, evində tək işləyən şəxsin Elmar olduğunu, bu söz-söhbətə görə küçəyə çıxa bilmədiyini, ərinin həbsdən azad edilməsini xahiş etdiyini deyib.

Məhkəmədə təyin edilmiş genetik-DNK ekspertizasının rəyi açıqlanıb və qızın bətnindən götürülən dölün atası tərəfindən hamilə qalmaq nəticəsində yarandığı bildirilib məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edilib.