Minimum aylıq əməkhaqqı artırıldı - Sərəncam
    • 17-12-2021, 16:07
    • 1 937

Minimum aylıq əməkhaqqı artırıldı - Sərəncam

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

News24.az xəbər verir ki, sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilib.