-
- 9-03-2019, 14:28
- 1 189
Yardımçı vəzifələrdə çalışan dövlət qulluqçularının maaşı artırılıb
Prezident İlham Əliyev “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.
News24.az bildirir ki, sərəncama əsasən, dövlət orqanlarında (Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəlikləri, konsulluqları və digər orqanların nümayəndəlikləri istisna olmaqla) qulluq edən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği yardımçı vəzifələr üçün 165 manatdan 200 manata qaldırılıb. Bu sərəncam 2019-cu il martın 1-dən tətbiq edilir.