Şagirdə qarşı qeyri-uyğun hərəkət edən müəllimlə bağlı - AÇIQLAMA

Şagirdə qarşı qeyri-uyğun hərəkət edən müəllimlə bağlı - AÇIQLAMA Gündəm
Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin musiqi müəllimi tərəfindən şagirdə qarşı qeyri-uyğun davranışla bağlı sosial şəbəkədə yayılmış məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılacaq. 

News24.az
Oxu.Az-a xəbər vrir ki, araşdırmanın nəticələri barədə məlumat veriləcək.

Qeyd edək ki, məktəbdə müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır, uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür. Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır.