İmişlidə quldurluq edən şəxs saxlanıldı
    • 18-12-2021, 11:45
    • 366

İmişlidə quldurluq edən şəxs saxlanıldı

İmişlidə quldurluq hadisəsi olub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, İmişli Rayon Polis Şöbəsinə dekabrın 17-də saat 05 radələrində şəhər ərazisində yaşayan S.Məmmədovanın evinə girən qonşusunun onu və anasını bıçaqla hədələyərək 170 manat pulunu alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən E.Qasımov saxlanılıb.

Araşdırma aparılır.