Xaçmazda dəhşətli hadisə - Gözlənilmədən öldü
    • 20-12-2021, 13:09
    • 323

Xaçmazda dəhşətli hadisə - Gözlənilmədən öldü

Xaçmaz rayonunda dəhşətli hadisə baş verib.

News24.az-ın məlumatına görə, Xaçmaz şəhərinin girişində avtomobili saxlayan 40-45 yaşlı kişi baqajı açaraq su götürmək istəyib. Bu zaman arxadan sürətlə hərəkət edən digər avtomobil onun avtomobilinə çırpılıb. Su götürmək üçün düşən sürücü 2 maşının arasında sıxılmış vəziyyətdə hadisə yerində vəfat edib.

Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırma aparılır.