"Helikopterin quyruq hissəsindəki pərin yerlə təması qəzaya səbəb olub"- Sənan Paşayev
    • 20-12-2021, 12:21
    • 702

"Helikopterin quyruq hissəsindəki pərin yerlə təması qəzaya səbəb olub"- Sənan Paşayev

"2020-ci ilin sentyabr ayından etibarən qəzaya uğrayan helikopter Rusiyada təmir olunub".

News24.az xəbər verir ki, bunu Qaraheybət poliqonunda hərbi helikopterin təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı cinayət işi üzrə əldə olunmuş ilkin nəticələrə dair keçirilən brifinqdə Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, o cümlədən helikopter qəzası ilə bağlı yaradılan istintaq qrupunun rəhbəri, ədliyyə müşaviri Sənan Paşayev deyib.

O bildirib ki, helikopter təlimə qədər 116 saat uçuş həyata keçirib: "Qəzaya uğrayan helikopter müasir paramterlərə cavab verən qara qutu ilə əvəzlənmişdi. 

Helikopter qəza baş verən ana qədər təlimdə 17 dəqiqə uçuş həyata keçirib. Helikopter enmə əməliyyatını icra edərkən qəzaya uğrayıb. Qəzanın baş verməsinə 21 saniyə qalan müddətə qədər paramterlərdə dəyişiklik olmayıb. Pilotlar küləyin istiqamətini və sürətini nəzərə almadıqları üçün qəza qısa müddətdə baş verib. Pilotlar helikopteri qəzadan xilas etməyə cəhd ediblər. Ancaq helikopterin quyruq hissəsindəki pərinin yerlə təması qəzaya səbəb olub".