"Mütəxəssislərin iştirakı ilə uçuş trenajorunda bütün proseslər təkrar olunub" - NEMƏT ƏVƏZOV
    • 20-12-2021, 12:37
    • 687

"Mütəxəssislərin iştirakı ilə uçuş trenajorunda bütün proseslər təkrar olunub" - NEMƏT ƏVƏZOV

"Tərtib olunan istintaq prosesində istintaq eksperimenti icra edilib".

News24.az xəbər verir ki, bunu Qaraheybət poliqonunda hərbi helikopterin təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı cinayət işi üzrə əldə olunmuş ilkin nəticələrə dair keçirilən brifinqdə Baş Prokurorluğun İstintaq idarəsinin rəisi, baş ədliyyə müşaviri Nemət Əvəzov deyib.

O bildirib ki, mütəxəssislərin iştirakı ilə uçuş trenajorunda bütün proseslər təkrar olunub: "Yenə də bizə məlum ki, küləyin istiqaməti, sürəti, relyefin nəzərə alınmaması, idarətmədə olan nöqsanlar qəzanı qaçılmaz edib".

N.Əvəzov əlavə edib ki, helikopter uçuşun son saniyəsi 17,24 olub: "Helikopterin qeydiyyatçısı 68 parametri özündə ehtiva edir. İstintaq prosesində bu qeydiyyatçıdan istifadə olunur".