"Pilotlar yanlış olaraq eniş əməliyyatını küləyin axını istiqamətində icra ediblər"
    • 20-12-2021, 12:40
    • 474

"Pilotlar yanlış olaraq eniş əməliyyatını küləyin axını istiqamətində icra ediblər"

"Qəza baş verən ərazidə küləyin sürəti saniyədə 16-17 metr olub. Qəza baş verən anda küləyin sürəti 20 metr idi. Helikopterlər küləyə qarşı eniş etməlidir. Pilotlar yanlış olaraq küləyin axını istiqamətində eniş əməliyyatını icra etdikləri üçün qəza baş verib".

News24.az xəbər verir ki, bunu Qaraheybət poliqonunda hərbi helikopterin təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı cinayət işi üzrə əldə olunmuş ilkin nəticələrə dair keçirilən brifinqdə Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, o cümlədən helikopter qəzası ilə bağlı yaradılan istintaq qrupunun rəhbəri, ədliyyə müşaviri Sənan Paşayev deyib.