Gələn il hansı filmlər təqdim olunacaq? - VİDEO
    • 27-11-2018, 15:37
    • 1 073

Gələn il hansı filmlər təqdim olunacaq? - VİDEO

Hər il dünya üzrə yüzlərlə film təqdim olunur. 

Kino sənayesi isə illər keçdikcə daha da təkmilləşir və tamaşaçını daha da heyrətləndirməkdə davam edir. 

Elə önümüzdəki il təqdim olunacaq ekran işləri buna sübutdur. 

News24.az olaraq siyah2019-cu ildə təqdim olunacaq filmlərin siyahısını “Alita: Döyüş mələyi” filmi ilə başlayırıq. Nəzərinizə çatdıraq ki, filmdə iki nəhəg rejissor Robert Rodrigez və Ceyms Kameron imzası var. 

“Kral şir” 25 il öncə yayımlanmış eyni adlı cizgi filminin remeykidir. Güclü aktyor heyəti olan animasiya işində müğənni Beyons da yer alıb. 

“Ağlayanın lənəti” filmi qorxu janrındadır. Bu rejissor Maykl Çavesin ilk tammetrajlı filmidir. 

“Şüşə” və ya “Split 2” ekran işinin də aktyor yığımı möhtəşəmdir. Çünki filmdə Samuel L. Cekson, Bryus Uillis və Ceyms Makevoy rol alıb. 

Çoxlarını uşaqlıq illərinə aparacaq daha bir ekran işinə imza atılıb. Söhbət ingiltərəli aktrisa və yazıçı Pamela Treversin “Meri Poppins” adlı kitabı əsasında 1964-cü ildə çəkilən filmdən gedir. 2019-cu ilin ilk ayında “Meri Poppins qayıdır” adı ilə kinonun ardı izləmək mümkün olacaq. 

2019-cu ilin iyun ayında isə “X adamlar: Qafa Feniks” mutant fanatlarının ixitiyarına veriləcək. 


Teymur MƏMMƏDOV