Zirəddin Rzayev rəhbər olmaq istəmədi
    • 27-11-2018, 17:58
    • 1 645

Zirəddin Rzayev rəhbər olmaq istəmədi

Moskva şəhər Dumasının deputatı, ictimai birliklər və dini təşkilatların işi üzrə komissiyanın sədri Anton Paleyev Rusiyada Maqlar Assosiasiyası təsis etmək barədə təklif irəli sürüb.

Anton Paleyev peşəkar ekstrasenslərlə şarlatanları ayırd etmək üçün belə bir qurum yaratmağın vacib olduğunu söyləyib
Bu təklif səsləndirildikdən sonra sosial şəbəkə istifadəçiləri azərbaycanlı ekstrasens Zirəddin Rzayevin bu quruma rəhbərlik etməsini təklif ediblər. Məşhur ekstrasens bildirib ki, Maqlar Assosiasiyası yaradılsa belə, o, rəhbər olmaq  fikrində deyil.
Zirəddin Rzayev Rusiya mətbuatına verdiyi müsahibədə deputat Paleyevin təklifinin yaxın gələcəkdə reallaşa biləcəyini də qeyd edib.

//Oxu.az