Azərbaycan millisinin FIFA reytinqindəki mövqeyi dəyişməyib
    • 23-12-2021, 13:27
    • 369

Azərbaycan millisinin FIFA reytinqindəki mövqeyi dəyişməyib

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

News24.az xəbər verir ki, Azərbaycan millisi 2021-ci ilin son cədvəlində 1139 xalla 120-ci pillədə qərarlaşıb.

Canni De Byazinin baş məşqçi olduğu komandanın ötən ayla müqayisədə mövqeyi dəyişməyib.

Reytinqin ilk 3 pilləsində Belçika (1828), Braziliya (1826) və Fransa (1786) yer alıb. Türkiyə seçməsi 1472 xalla 37-cidir. /Report.az/