Emin Alena ilə barışdığını belə təsdiq etdi - VİDEO
    • 24-12-2021, 14:03
    • 1 385

Emin Alena ilə barışdığını belə təsdiq etdi - VİDEO

Xalq artisti Emin Ağalarov Yeni il ərəfəsində “31.12” adlı klipini təqdim edib.

News24.az Olay-a istinadən xəbər verir ki, ekran işində sənətçinin eks-həyat yoldaşı Alena Qavrilova və qızı Afina da yer alıb.

Qeyd edək ki, müğənni 2020-ci ilin mayında Alenadan ayrıldığını bildirsə də, bu il onların yenidən barışdığı yazılmışdı. Bu barədə heç bir açıqlama verməyən cütlük bu kliplə barışdıqlarını təsdiq edib.