18 yaşadək uşaq dünyaya gətirən anaların yaşadıqları rayonlar açıqlandı - Azərbaycanda
    • 24-12-2021, 16:01
    • 763

18 yaşadək uşaq dünyaya gətirən anaların yaşadıqları rayonlar açıqlandı - Azərbaycanda

Azərbaycanda 18 yaşadək analar tərəfindən doğulan uşaqların iqtisadi rayonlar üzrə statistikası açıqlanıb.

News24.az xəbər verir ki, bu, “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

Sənəddə qeyd edilib ki, 2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917 nəfər təşkil edib. Onlardan Aran iqtisadi rayonu üzrə 698 nəfər, Gəncə-Qazax iqtisadi rayonu üzrə 325 nəfər, Lənkəran iqtisadi rayonu üzrə 306 nəfər və Dağlıq Şirvan iqtisadi rayonu üzrə 109 nəfər qeydə alınıb.

Ən az göstərici isə Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə 40 nəfər olmaqla qeydə alınıb. /Report.az/