"2021-ci il ərzində şəhid ailələrinə 15800-dən artıq sosial ödəniş təyin edilib"
    • 29-12-2021, 11:36
    • 785

"2021-ci il ərzində şəhid ailələrinə 15800-dən artıq sosial ödəniş təyin edilib"

"Cari ilin əvvəlindən şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün sosial ödənişlərin məbləğləri orta hesabla 50% artırılmaqla ödənilib. Şəhid ailələrinə 15800-dən artıq sosial ödəniş təyin edilib".

News24.az-ın məlumatına görə, bunu "2021-ci ilin yekunlarına dair" keçirilən mətbuat konfransında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

O bildirib ki, müharibədə yaralanmış qazilərimizə 4800-ə yaxın sosial ödəniş təyin olunub: "Şəhid ailə üzvlərinə və müharibə əlillərinə xidmətlərin proaktiv şəkildə təmin edilməsi üçün «Zəfər»> AS tətbiqinə başlanılıb. DSMF tərəfindən 13000 qazimiz ziyarət olunub. Gəncə, Masallı və Ucarda şəhid ailələrinə və müharibə əlillərinə bir pəncərə modelində xidmətlərin təşkili üçün Vahid Əlaqələndirmə Mərkəzləri yaradılıb".

Məhərrəm Əliyev 
Foto:Nicat Niftəliyev