2020-ci illə müqayisədə cari il ərzində əhaliyə ödənilən vəsait 2,8 faiz artıb
    • 29-12-2021, 11:50
    • 508

2020-ci illə müqayisədə cari il ərzində əhaliyə ödənilən vəsait 2,8 faiz artıb

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri müsbət dinamika ilə inkişaf edib. 

News24.az-ın məlumatına görə, bunu "2021-ci ilin yekunlarına dair" keçirilən mətbuat konfransında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

Fond sədrinin sözlərinə görə, cari ilin gəlirləri 5152 milyon manat təşkil edib:

"Bu göstərici 2020-ci illə müqayisədə 8,5 faiz - 403 milyon manat daha çoxdur. Bu il məcburi dövlət sosial sığorta (MDSS) haqları 3,810 milyon manat təşkil edib. MDSS daxilolmalarının 2021-ci ilin proqnpzuna nisbətdə artıbı 8,8 faiz təşkil edib. Cari ildə xərclər 4841 milyon manat olub. Bu xərclərin 4716 milyon manatı əhaliyə ödənilən vəsaitdir. Bu da 2020-ci illə müqayisədə 2,8 faiz artım deməkdir".

Himalay Məmişov qeyd edib ki, əhaliyə ödənilən ödənişlərin 4591 milyon manatı əmək pensiyaları, 125 milyon manatı MDSS üzrə müavinət, 125 milyon manatı digər xərclərdir.