Azərbaycanda ŞOK HADİSƏ – Hərbi xidmətdən yayınan tanınmış idmançı həbs edildi
    • 29-12-2021, 12:23
    • 1 268

Azərbaycanda ŞOK HADİSƏ – Hərbi xidmətdən yayınan tanınmış idmançı həbs edildi

Azərbaycanda hərbi xidmətdən yayınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə saxta sənəd təqdim edən tanınmış cüdoçu Yalçın Əliağayev həbs edilib.

News24.az
-ın əldə etdiyi məlumata görə, Y.Əliağayev dekabrın 27-də Abşeron rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

Bildirilib ki, o, 2021-ci ilin aprel çağırışına cəlb edildiyi zaman bölgüyə əsasən Dövlət Sərhəd Xidmətində qulluq keçməli olduğu halda, bir müddət hərbi xidmətdən kənar qalarsa məşğul olduğu “Cüdo” idman növündə Respublika və beynəlxalq səviyyədə nailiyyətlər qazanacağı qənaətində olduğundan bu mövqedən çıxış edib qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq məqsədi ilə 29 sentyabr 2020-ci il tarixdə attestat aldıqdan sonra istintaqa məlum olmayan yerdə hazırlanmış, guya 17.02.2021-ci il tarixli əmrlə Gürcüstan Respublikasında yerləşən Milenium Tədris Universiteti Məhdud Məsuliyyətli Cəmiyyətin “biznes inzibatçılığı” ixtisası üzrə tələbə kimi qəbul olunmasına dair məzmununda yalan məlumatları əks etdirən rəsmi sənəd olan və blankı, mətni, möhür əksi və imzası axınlı printerdə çap edilmiş saxta arayışı əldə edib 09 aprel 2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə şəxsən təqdim etdikdən sonra 2021-ci ilin iyul ayında olan çağırışlara da müxtəlif bəhanələr gətirərək hərbi xidmətə getməkdən boyun qaçırmaqla “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq səhhətinin hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verməsinə baxmayaq bilə-bilə çağırışçıya möhlət hüququ verən saxta rəsmi sənəddən istifadə etməklə qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırıb.

Onun barəsində Cinayət Məcəlləsinin 320 (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 321-ci (Hərbi xidmət keçməkdən boyun qaçırma) maddələri ilə iş açılıb.

Y.Əliağayev həmin sənədi Yaylaq adlı şəxs vasitəsilə əldə etdiklərini və buna görə 3 min manat verdiklərini bildirib.

Qeyd edək ki, həbs edilmiş tanınmış cüdoçu yerli və beynəlxalq yarışlarda 30-dan çox medal qazanıb, Bakı birinciliyinin və digər böyük yarışların qalibi olub.