"Ermənistan taxıl ehtiyatınıın 40 faizini işğal altında olan torpaqlarımızın hesabına təmin edib"
    • 29-12-2021, 12:36
    • 239

"Ermənistan taxıl ehtiyatınıın 40 faizini işğal altında olan torpaqlarımızın hesabına təmin edib"

"Ermənistan taxıl ehtiyatınıın demək olar ki, 40 faizini işğal altında olan torpaqlarımızın hesabına təmin edib". 

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Nazir müavini Azərbaycandakı iqlim dəyişiklərindən də danışıb: "Azərbaycan da iqlim dəyişmələrindən zərər çəkən ölkələrdəndir, əsasən torpaqların şoranlasması ilə bağlı böyük problemlər var”.

Nazir müavini bildirib ki, Qobustan, Abşeron və Kür-Araz ovalığında bu problemlər daha çox görünür: "Bu istiqamətdə qabaqlayıcı tədbirlər görülməlidir".

Teymur Məmmədov 
Foto: Nicat Niftəliyev