Valideynlər diqqət! - Slaymlar uşaq orqanizmi üçün təhlükə mənbəyidir
    • 28-11-2018, 12:44
    • 2 879

Valideynlər diqqət! - Slaymlar uşaq orqanizmi üçün təhlükə mənbəyidir

Müasir nəslin oyuncağı hesab olunan və əsas da instaqram videolarında məşhurlaşan antistress  - slaymlar köhnə plastilinləri, hava şarlarını, topları əvəz edir. Uşaqlar bu bu tip oyuncaqlarla oynamağı çox sevir. Valideynlər elə düşünürlər ki, əgər bu oyuncaqlar uşaqlar üçün istehsal edilirsə o zaman onların sağlamlıqları üçün təmamilə təhlükəsizdir. Ancaq yanılırlar.

Mütəxəssilərin fikrincə uşaqların əllərindən yerə qoymaq istəmədikləri selikvari oyuncaqlar sağlamlığa ciddi zərər vura bilər. Səbəbi isə onun tərkibindəki qusmaya, ürək bulanmaya və mədə tutmalarına səbəb ola biləcək  kimyəvi maddələrin olmasıdır. Belə ki, bu oyuncaqların tərkibində bor kimyəvi elementinin səviyyəsi normadan dəflərlə artıqdır. Bu maddə həzm sistemində ciddi problemlərə yol aça bilər. 

Bor slaymın yapışqan və axıcı olmasını təmin edən boraks maddəsinin tərkibində  olur. İnstaqramda yayılan bütün videolarda məhz boraks məhlulunu ev şəraitində slaym hazırlanması zamanı məsləhət görülür. 

Onunla hamilə qadının təmasda olması belə hələ doğulmamış körpəyə mənfi təsir edə bilər.
Buna görə də uşaqlara oyuncaq alarkən onun  tərkibində konserogen maddələrin olub –olmamasını araşdırmaq, şübhəli hal olarsa  belə oyuncaqlardan imtina etmək məsləhətdir. 


//Medicina.az