IKEA zəhərli fincanlar satıb - MİNLƏRLƏ İNSANLAR TƏHLÜKƏ ALTINDA
    • 21-01-2020, 15:39
    • 812

IKEA zəhərli fincanlar satıb - MİNLƏRLƏ İNSANLAR TƏHLÜKƏ ALTINDA

IKEA şirkəti dünya üzrə yemək qablarını geri çağırır və müştərilərə pullarını qaytarmağa hazır olduğunu bildirib. 

News24.az
xarici KİV-ə istinadla xəbər verir ki, şirkətin istehsal etdiyi turistik fincanların zəhərli olduğu ortaya çıxıb. Fincanların tərkibində dibutilftalatın miqdarı normadan artıqdır. Kimyəvi maddənin bu konsentrasiyada olması immunitet sistemini sıradan çıxara bilər.

Qeyd olunub ki, müxtəlif ölkələrdən on minlərlə müştəri risk altındadır. 

Qeyd edək ki, fincanların tərkibində olan maddə həşəratlara qarşı istifadə olunur.