Bakıda avtomobildən 20 kq-dan çox narkotik vasitə tapıldı
    • 3-01-2022, 12:35
    • 614

Bakıda avtomobildən 20 kq-dan çox narkotik vasitə tapıldı

Bakı sakininin avtomobilindən 20 kiloqramdan artıq narkotik götürülüb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri - R.Rəhimov və əvvəllər məhkum olunmuş S.Kərimli Qaradağ rayonu ərazisində saxlanılıblar.

Şəxsi axtarış zamanı R.Rəhimovdan 9 qram, S.Kərimlidən isə 20 qram heroin aşkar ediib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə R.Rəhimovun idarə etdiyi "Toyota" markalı avtomobilə baxış zamanı isə oradan əlavə 11 kiloqram 950 qram heroin və 10 kiloqram 25 qram metamfetamin də aşkar edilərək götürülüb.