Keçmiş məhkumun maşınından 18 kiloqram heroin aşkar edildi
    • 18-06-2021, 13:39
    • 610

Keçmiş məhkumun maşınından 18 kiloqram heroin aşkar edildi

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuş R.Hüseynov Qaradağ rayonu ərazisində saxlanılıb. 

News24.az-ın məlumatına görə, şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Az-Samand” markalı avtomobilə baxış zamanı satış məqsədi ilə saxladığı 18 kiloqram 580 qram heroin, 1 kiloqram 630 qram metamfetamin, yaşadığı Bərdə şəhərindəki evə baxış zamanı isə 10 kiloqrama yaxın heroin götürülüb.

Eləcə də, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mirişzadə heroin satarkən saxlanılıb. Onun yaşadığı evə baxış zamanı oradan 1 kiloqramdan artıq tiryək, 1 kiloqram 503 qram heroin və elektron tərəzi də aşkar edilərək götürülmüşdür.