Şagird yerdəyişməsi müvəqqəti dayandırıldı
    • 7-01-2022, 14:43
    • 315

Şagird yerdəyişməsi müvəqqəti dayandırıldı

Şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq. Səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlıdır. 

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, portalın fevral ayının ikinci yarısında yenidən aktivləşdirilməsi planlaşdırılır.

Buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.