Qanunsuz qum daşınması ilə bağlı sənədlər Baş Prokurorluğa göndərildi
    • 7-01-2022, 15:09
    • 386

Qanunsuz qum daşınması ilə bağlı sənədlər Baş Prokurorluğa göndərildi

Xəzər rayonu, Zirə qəsəbəsi ərazisindən qum daşınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Vaqif Cavadov News24.az-a bildirib ki, araşdırma zamanı sözügedən ərazidə vətəndaş Əsəd Ağayev tərəfindən “HOWO” markalı 99-RE-643 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə 2592 kubmetr həcmində qumun qanunsuz daşındığı və təbiətə 36 288 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

O qeyd edib ki, təbiətə dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.