AzTV-də bədbəxt hadisə: polis özünü güllələyərək öldürdü
    • 8-01-2022, 15:41
    • 662

AzTV-də bədbəxt hadisə: polis özünü güllələyərək öldürdü

Bakıda polis ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ölüb.

News24.az -ın xəbərinə görə, bu gün günorta saatlarında “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də baş verib.

Belə ki, QSC-nin Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadənin xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Nəticədə Y.İnqilabzadə hadisə yerində dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı News24.az-a təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.