Azərbaycanlı fotoqrafların növbəti uğuru - FOTOLAR
    • 11-01-2022, 11:01
    • 945

Azərbaycanlı fotoqrafların növbəti uğuru - FOTOLAR

Gilavar Foto Klubunun dəstəyi ilə azərbaycanlı fotoqrafların beynəlxalq fotoqrafiya sahəsində nailiyyətləri davam edir.

Klubdan News24.az-a verilən məlumata görə, xarici foto klublarla əldə olunan razışmalar çərçivəsində daha bir neçə fotoqraf beynəlxalq fəxri adlar əldə edib. 

Həmyerlilərimiz Rəşad Mehdiyev, Nurlan Tahirli, Fərqanə Qasımlı və Aleksandr Firstov Gürcüstan Fotoqraflar Assosiasiyasının fəxri adlarına layiq görülüblər. Bundan əlavə fotoqraflar Rəşad Mehdiyev və Allahkərim Abbasova Gürcüstan Fotoqraflar Assosiasiyasının “Fəxri üzv”ü (Honorary Fellowship) adı təqdim olunub. Onlara setifikatlar, döş nişanları və vəsiqələr təqdim olunub.

Xatırladaq ki, bundan öncə bir qrup azərbaycanlı fotoqraf dünyada UNESKO tərəfindən tanınmış yeganə fotoqrafiya təşkilatı olan Beynəlxalq Foto Sənəti Federasiyasının və Hindistanın Green Go foto klubunun fəxri adlarına layiq görülüblər. 

Ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq foto müsabiqələrdə və sərgilərdə iştirak etmələrinə dəstək vermək və Azərbaycanı dünyada fotolar vasitəsi ilə tanıtmaq məqsədilə Gilavar Foto Klubu tərəfindən bu istiqamətdə davamlı olaraq addımlar atılır. Klub tərəfindən beynəlxalq foto təşkilatlar, xarici foto klublar ilə əlaqələr qurulur, birgə foto layihələr keçirilir.