Arvadını və qonşusu öldürdüyü üçün ömürlük həbs olunan milyonçu VƏFAT ETDİ
    • 11-01-2022, 12:08
    • 350

Arvadını və qonşusu öldürdüyü üçün ömürlük həbs olunan milyonçu VƏFAT ETDİ

ABŞ-da qətlə görə ömürlük həbs cəzasına məhkum edilən milyonçu Robert Derst 78 yaşında vəfat edib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Derst San Hoakin Ümumi Xəstəxanasında yaşlılıq səbəbindən ölüb.

Qeyd edək ki, milyonçu 2015-ci ildə həbs edilib. O, 2000-ci ildə sevgilisi Syuzan Bermanın qətlində ittiham olunub.

O, 2015-ci ildə HBO-da yayımlanan "Milyarderin sirləri" sənədli filminin çəkilişləri zamanı Bermanı təsadüfən öldürdüyünü etiraf etdikdən sonra istintaqa cəlb edilib.

Nəticədə 2020-ci ilin oktyabrında ona ömürlük həbs cəzası verilib.

Məhkəmə həmçinin Dersti qonşusu Morris Bleki güllələyərək öldürməkdə daha sonra isə cəsədi parçalara ayıraraq çaya atmaqda günahlandırıb. 

Milyonçu törətdiyi cinayəti 40 il gizlədə bilib.