Bakıda “Gelandewagen” sürücüsü kasıbları TƏHQİR ETDİ – VİDEO - YENİLƏNİB
    • 11-01-2022, 17:51
    • 660

Bakıda “Gelandewagen” sürücüsü kasıbları TƏHQİR ETDİ – VİDEO - YENİLƏNİB

"Bakıda aztəminatlı şəxsləri təhqir edən “Gelandewagen” sürücüsünin şəxsiyyəti məlumdur. Hazırda həmin avtomobilin müəyyən edilərək saxlanılması ilə bağlı araşdırmalar aparılır". 

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

“Araşdırmalardan sonra sürücü barədə qanunamüvafiq qaydada tədbir görüləcək”.

17:49

Bakıda “Gelandewagen” idarə edən şəxs aztəminatlı şəxsləri təhqir edib.

News24.az bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, sürətlə avtomobil idarə edən şəxs ətrafdakılara təhqiredici ifadələr işlədib: “Çəkil, yetim kasıb, bədbəxt, səhər yeməyi yeməyib günorta yeməyinə duran adamlar. Dağılışın!”.

Görüntülərdə həmin şəxsin təhlükəsizlik kəmərindən istifadə etmədiyi və avtomobili yüksək sürətlə idarə etdiyi aydın görünür.

Həmin görüntüləri təqdim edirik: