24 il boyunca qızını zirzəmidə saxlayıb təcavüz edən ata - FOTO
    • 29-11-2018, 11:20
    • 3 037

24 il boyunca qızını zirzəmidə saxlayıb təcavüz edən ata - FOTO

1935-ci ildə Avstraliyada doğulan Cozef Fritezlin həyatı boyunca etdiyi ağlasığmaz hərəkətlər bir çox insana məlumdur. Cozef 21 yaşında Rozemari ilə ailə qurur və bu evlililkdən 7 övladı dünyaya gəlir.  

News24.az xəbər verir ki, çox mədəni insan olduğu söylənilsə də, 1967- ci ildə  bir qadına təcavüz etdiyi üçün 2 il həbs olunur.  Həbsdən azad olduqdan sonra, Cozef öz qızına təcavüz etməyə başlayır. Qızı bir neçə dəfə evdən qaçıb atasını şikayət etsə də, Cozef polislərə qızının psixoloji problemləri olduğunu söyləyərək, onları aldadır. Çünki heç kim onun öz qızına təcavüz edə biləcəyini düşünmürdü.

Cozef bu olanlardan sonra Elizaveti yaşadıqları evin zirzəmisinə salıb, bağlayır.  Tez-tez qızına məcburi məktublar yazdırıb, onun adından evə göndərən manyak ata 24 il boyunca qızını zirzəmidə bağlı saxlayır.

Qızının evdən qaçdığını düşünən ana isə olanlardan xəbərsiz idi. Təcavüzdən Elizavetanın 3 övladı dünyaya gəlir. Elizavetanın 24 il sürən həbs həyatına atasının xəstə oğlunu xəstaxanaya aparması son qoyudr.

Oğlunun xəstəxanaya gedəcəyini bilən Elizaveta onun cibinə bir məktub qoyur və məktubda onun xilas olunması üçün yardım edilməsinin gərəkdiyini qeyd edir. Beləliklə, Elizaveta 24 illik həbs həyatı və işgəncələrdən qurtarır, Coze isə ömürlük həbs olunur.

Şəlalə AĞAYEVA