Azərbaycanda dəhşət: Əmisi qızına təcavüz edib, başını kəsdi
    • 20-12-2018, 12:50
    • 1 565

Azərbaycanda dəhşət: Əmisi qızına təcavüz edib, başını kəsdi

Ucarda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatları ortaya çıxıb.

Ucar rayonu, Qaradağlı kəndində başı kəsilərək su kanalına atılan 31 yaşlı Gülnar Həşimovanın öz əmisi oğlu tərəfindən qətlə yetirildiyi məlum olub. Belə ki, İlkin Çıqqarov əmisi qızına 22 bıçaq zərbəsi endirib. Məlumata görə, Çıqqarov əmisi qızını qətlə yetirməzdən öncə əvvəlcə ona təcavüz edib. 26 yaşlı gəncin hadisəni sərxoş halda törətdiyi bildirlir.

Mənbə onu da qeyd etdi ki, İlkin Çıqqarov əmisi qızını pul qarşılığında başqa kişilərə satırmış. Hadisənin də pul üstündə baş verdiyi bildirilir. Əmisi qızını öldürən şəxs daha sonra bıçağı yaxınlıqdakı qamışlıq əraziyə ataraq qaçıb.

Xatırladaq ki, dekabrın 16-da qadının bıçaqla qətlə yetirilmiş meyiti kənd ərazisində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən İlkin Çıqqarov artıq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

//A24