-
- 29-11-2018, 11:25
- 1 120
Elza Kərimi döydürməklə hədələdi
Əməkdar artist Elza Seyidcahan və müğənni Kərim Abasov arasında qalmaqal daha da alovlanıb.
News24.az xəbər verir ki, E.Seyidcahan ifaçıya zəng vuraraq onu döydürməklə hədələyib.
Bu haqda K.Abasov özü məlumat verib:
"Deməli sizə danışım Elzanın məni döydürməklə hədələməyindən. Siz fikirləşin ki, qadın üzümə deyir ki, səni döydürəcəm və başına oyun açdıracam.
Yanımda da iki müğənni var idi. Elza xala... (Əslində sən nənəsən) Amma məndən böyük olduğun üçün xala deyirəm.
Nəinki sənin, hətta sənin əbi-əjdadının başı üçün deyil məni döydürmək.
Sənin başın qaçıb deyəsən. Onu başqa yerdə axtar. Ağıllı ol. Deyəsən şişmisən. Səninlə qanun qarşısında görüşərik. Görüm sən kimsən ki, məni döydürürsən. Azərbaycan Respublikasında yaşayırsan və qanunları düşün, sonra başına nələr gələ bilər. Bu, sənin üçün “xaxaxa xaxa xaxa” oxumaq deyil.
Ya da ki, itlərə konsert vermək deyil. Rəhmətlik İlhamə demişkən “Pulun çoxalıb, xərcləməyə yer tapmərsan”. Səni Rasim Balayev kimi sənətkar yudu sərdi. Sənin yerində olsaydım heç efirlərə çıxmazdım. Çünki R.Balayevi hələ indiyədək belə əsəbi görməmişdim.
Elza, mən sən girən kol deyiləm. Get başqa yerdə oyna. Bir daha deyirəm bir az xodundan al. Yoxsa müvafiq orqanlar sənin xodunu alar".
Teymur MƏMMƏDOV