Narkotikin təsiri altında maşın sürən şəxs SAXLANILDI - FOTO
    • 12-01-2022, 10:41
    • 353

Narkotikin təsiri altında maşın sürən şəxs SAXLANILDI - FOTO

Quba Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə,

Belə ki, rayon sakini Vüqar Məmmədovun idarə etdiyi “Volkswagen” markalı avtomobil rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb.

V.Məmmədov RPŞ-ə gətirilərək həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır. Bu istiqamətdə tədbirlər davam etdirilir.