Ağakərimi meyxana deməyə qoymadılar, efiri tərk etdi -VİDEO
    • 29-11-2018, 12:05
    • 2 698

Ağakərimi meyxana deməyə qoymadılar, efiri tərk etdi -VİDEO

Ötən gün “Xəzər” TV-də yayımlanan “5də 5” verilişinin qonağı meyxanaçı Ağakərim və onun həmkarları olub.

News24.az xəbər verir ki, ötən il beyninə qan sızdığı üçün uzun müddət efirlərdən uzaq gəzən və müalicəsini davam etdirən meyxana ustası qatıldığı verilişi yarımçıq tərk edib.

Bunun səbəbini isə aparıcı Zaur Kamal belə açıqlayıb:

“Ağakərim verilişi tez tərk etdi. Onu bir az incidib qəlbinə dəydik. Meyxana demək istəyirdi Ağamirzə dedi ki, hələ yox. Vaxtı var deyəcək. Daha sonra isə oğlu icazə vermədi. Düşündü ki, canlı efirdir. Birdən nə isə baş verər. Allah ona ömür versin”.

Teymur MƏMMƏDOV