-
- 13-01-2022, 10:20
- 341
Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejiminə keçdi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 14-15 уаnvar tarixlərində ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib.
News24.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, dağlıq və dağətəyi ərazilərdə proqnozlaşdırılan qarlı və şaxtalı hava şəraiti nəzərə alınaraq agentlik tərəfindən avtomobil yollarında nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə qeyd olunan ərazilərdə avtomobil yollarına xidmət göstərən tabeli təşkilatlara gücləndirilmiş iş rejimində fəaliyyət göstərmələri barədə tapşırıq verilib.