Avtomobil Yolları Dövlət Agentliyi balans göstəricilərini açıqlayıb
    • 22-02-2021, 10:31
    • 549

Avtomobil Yolları Dövlət Agentliyi balans göstəricilərini açıqlayıb

Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında ümumi istifadədə olan 17 543 km uzunluqda avtomobil yolu və 1 316 ədəd körpü var.

News24.az xəbər verir ki, bu barədə qurumun 22 fevral - avtomobil yolları işçilərinin peşə bayramı münasibəti ilə yaydığı məlumatda bildirilir.

Məlumatda həmçinin deyilir ki, avtomobil yollarının 4 385 km-i respublika, 13 158 km-i isə yerli əhəmiyyətlidir. Bu yollara Qarabağ ərazisindəki 2 661 km yol da daxildir. İşğaldan azad edilmiş ərazilərdəki körpülərin sayı isə 90-dır.